Polşa NATO-nun əməliyyatı çərçivəsində xarici hərbçilərin ölkədə qalmasına icazə verib

Baş səhifə

Bakı. Trend:

Polşa prezidenti Karol Navrotski NATO-nun şərq cinahında
alyansın həyata keçirdiyi “Eastern Sentry” hava məkanının müdafiə
əməliyyatı ilə əlaqədar xarici qoşunların ölkədə qalmasına icazə
verən qərar imzalayıb.

Trend-in
məlumatına görə, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosu “X”
sosial şəbəkəsində yazlb.




“Polşa Respublikasının Prezidenti Karol Navrotski “Eastern
Sentry” əməliyyatı çərçivəsində NATO-ya üzv dövlətlərin xarici
qoşunlarının Polşaya əlavə olaraq Polşa Respublikası ərazisində
olmasına razılığını ifadə edən qərar imzalayıb”, – deyə
bildirilib.

Qeyd edək ki, sentyabrın 12-də NATO-nun baş katibi Mark Rutte
alyansın şərq cinahının hava məkanını qorumaq üçün “Eastern Sentry”
əməliyyatına başladığını elan edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir