Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verib

Baş səhifə

Polşa Prezidenti Karol Navrotski ölkə ərazisində NATO üzvü olan dövlətlərin hərbi qüvvələrinin yerləşdirilməsinə razılıq verən qətnaməni imzalayıb.

APA xəbər verir ki, bu barədə məlumatı Polşanın Milli Təhlükəsizlik Bürosu yayıb.

Qeyd olunur ki, sözügedən qərar “Şərq keşikçisi” əməliyyatı çərçivəsində Polşanın müdafiəsini gücləndirmək məqsədi daşıyır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir