
Misli Premyer Liqasının IV turunda “Neftçi” “Sabah”la bərabərə qalıb.
Metbuat.az xəbər verir ki, “Neftçi Arena”da keçirilən turun bağlanış matçında hesab açılmayıb.
“Sabah”ın 4, “Neftçi”nin isə 3 xalı var.
Qeyd edək ki, daha əvvəl “Şamaxı” “Karvan-Yevlax”ı üç, “Araz-Naxçıvan” “Kəpəz”i iki, “Turan Tovuz” “Qəbələ”ni, “İmişli” isə “Sumqayıt”ı bir cavabsız qolla üstələyib. “Qarabağ” – “Zirə” oyununda qalib müəyyənləşməyib – 1:1.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.