Madriddə polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

Baş səhifə

İspaniya polisi “Vuelta España” velosiped yarışının final mərhələsi zamanı Madriddə etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib.

APA xəbər verir ki, bu barədə “El País” qəzeti məlumat yayıb.

Hadisə çoxsaylı iştirakçılardan ibarət nümayiş zamanı baş verib. Etirazçılar İsrail komandasının yarışda iştirakı əleyhinə çıxıblar.

Finiş xəttinə yaxın təxminən yüz nəfər etirazçı qoruyucu baryerləri sındırmağa çalışıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir