Sərbəst güləşçilər dünya çempionatına 3 medalla başladı

Baş səhifə

Bakı. Trend:

Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir.

Trend xəbər verir
ki, yarışın ikinci günündə sərbəst güləşdə ilk medalçılar
müəyyənləşib.

Nürəddin Novruzov (61 kq) təsəlliverici görüşlərdə ekvadorlu
Coşua Kramerə (10:0) və ukraynalı Kamil Kərimova (12:2) tam
üstünlüklə qalib gəlib. Nürəddin bürünc medal uğrunda görüşdə isə
Şimali Koreya təmsilçisi Kum Kimə heç bir şans tanımayıb. Rəqibini
“tuş”la üstələyən həmyerlimiz dünya üçüncüsü olub.




Arseniy Djioyev (86 kq) təsəlliverici görüşdə ukraynalı Muxammed
Aliyevə 7:2, bürünc medal uğrunda mübarizədə isə fransalı Raxim
Maqamadova 7:0 hesabıyla qalib gələrək bürünc medalı boynundan
asıb.

Günün son qarşılaşmasında Giorgi Meşvildişvili (125 kq) iranlı
Amir Zareylə qarşılaşıb. Təmsilçimiz titullu rəqibinə 0:5 hesabıyla
məğlub olaraq yarışı gümüş medalla başa vurub.

Qeyd edək ki, hər 3 güləşçimiz ilk dəfə böyüklər arasında dünya
çempionatında medal qazanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir