
Bakı. Trend:
Yer tac dəliyinin yaratdığı günəş küləyindən təsirlənməyə
başlayıb, lakin bu proses gözləniləndən təxminən bir gün gec baş
verib.
Trend xəbər verir
ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar
İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
Məlumata görə, Yer Bakı vaxtı ilə saat 18:00-da tac dəliyinin
sərhədini keçməyə başlayıb.
“Hazırda Günəşdə müşahidə edilən tac dəliyinin ölçüsünə görə
onun hansısa yolla yan keçməsi absurd görünürdü. Əsas sual dəliyin
içində plazma parametrlərinin necə olması və ən əsası oradakı
küləyin sürəti idi”, – deyə laboratoriya qeyd edib.
Alimlərin proqnozuna görə, yaxın saatlarda günəş küləyinin
sürəti artacaq və Yer planeti ən azı 4-5 gün ərzində bu axının
təsiri altında qalacaq.