
Bakı. Trend:
Kişi basketbolçular arasında Avropa çempionatının mükafatçıları
bəlli olub.
Trend xəbər verir
ki, final görüşündə Türkiyə və Almaniya yığmaları qarşılaşıb. Matç
88:83 hesabı ilə Almaniya millisinin qələbəsi ilə yekunlaşıb və
komandaya Avropa çempionluğu qazandırıb.
Üçüncü yer uğrunda oyun isə Yunanıstan və Finlandiya komandaları
arasında baş tutub. Yunanıstan millisinin 92:89 hesablı qələbəsi
ilə turnirdə üçüncü yeri tutub.
Hər iki qarşılaşma turnirə ev sahibliyi edən Litvanın paytaxtı
Riqa şəhərindəki “Ksiomi Arena”da keçirilib.