Naxçıvanda KİA aşdı – 2 nəfər yaralandı

Baş səhifə

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, “KİA” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəzada sürücü, 1998-ci il təvəllüdlü Qələndərov Azər Asəf oğlu və sərnişin, 2003-cü il təvəllüdlü Əliyeva Sevinc Hüseyn qızı xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir