Braziliya Prezidenti Donald Trampı açıq dialoqa çağırıb

Baş səhifə

Bakı. Trend:

Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula
da Silva ABŞ Prezidenti Donald Trampı açıq və dürüst dialoqa dəvət
edib.

Trend xəbər verir
ki, bu barədə Silvanın The New York Times üçün yazdığı məqalədə
qeyd olunub.

“ABŞ prezidenti ilə açıq və dürüst dialoq qurmaq üçün bu
məqaləni yazmağa qərar verdim. Onilliklər ərzində həmkarlar
ittifaqı lideri, daha sonra prezident kimi bütün tərəfləri
dinləməyi və maraqları nəzərə almağı öyrəndim”, – deyə Lula da
Silva vurğulayıb.




O, Trampın amerikalılara iş yerlərini qaytarmaq niyyətinin
legitimliyini etiraf etsə də, Vaşinqtonun Braziliya da daxil
olmaqla ayrı-ayrı ölkələrə tariflər tətbiq etməsini “yanlış resept”
adlandırıb.

Prezident əlavə edib ki, çoxtərəflilik daha ədalətli və balanslı
həllər təklif edir: “Tariflərin artırılması nəinki yanlışdır, həm
də məntiqsizdir. Bu tədbirlərin iqtisadi əsaslandırılmasının
olmaması açıq şəkildə göstərir ki, Ağ Evin bu məsələdə siyasi
motivi var”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir