Steven Uitkoff “Witkoff Group”dakı payını satıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin sülhməramlı missiyalar üzrə xüsusi elçisi Steven Uitkoff
“Witkoff Group” şirkətindəki payını 120 milyon dollara satıb.

Trend “Bloomberg”ə
istinadla xəbər verir ki, Uitkoff bu addımı administrasiyadakı
fəaliyyəti ilə biznes maraqları arasında potensial toqquşmadan
qaçmaq üçün atıb. Maliyyə bəyannaməsi avqust ayında təqdim
olunub.




Sənəddə onun rəsmi olaraq 30 iyun tarixindən ABŞ prezidentinin
sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi kimi fəaliyyətə
başladığı göstərilir. Bununla yanaşı, Uitkoff Donald Trampın
komandasına hələ inauqurasiyadan əvvəl qoşulub.

Məlumata görə, xüsusi elçinin ümumi aktivləri 350 milyon
dollardan çoxdur. O, “SpaceX”, “Cisco Systems” və “Uber
Technologies” kimi şirkətlərdə də paya sahibdir. Uitkoff həmçinin
31 milyon dollardan artıq borcunun olduğunu, əsasən də təyyarə
alışı üçün götürülən kreditlərlə bağlı olduğunu açıqlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir