
Bakı. Trend:
“Forbes” dünyanın ən varlı amerikalılarının yaş statistikasını
açıqlayıb.
Trend xəbər verir
ki, 400 ən varlı amerikalının siyahısına daxil olan milyarderlərin
orta yaşı 70 təşkil edir.
Reytinqin ən yaşlı iştirakçısı 96 yaşlı torpaq və ağac maqnatı
Arçi Aldis Emmerson olub. Siyahıda yaşı 90-ı keçən 23 nəfər
var.
Digər tərəfdən, 33 milyarderin yaşı 50-dən aşağıdır, onlardan 10
nəfəri 42 və ondan da gəncdir. Reytinqin ən gənc iştirakçısı isə 37
yaşlı Edvin Çen – “Surge AI” şirkətinin qurucusudur.
Qeyd edək ki, sentyabrın 10-da açıqlanan reytinqə görə, dünyanın
və ABŞ-ın ən varlı adamı artıq dördüncü ildir ki, İlon Mask qalır.
Onun sərvəti 400 milyard dolları keçib. İlk üçlükdə həmçinin
“Oracle” şirkətinin həmtəsisçisi Larri Ellison (276 mlrd. dollar)
və “Meta”nın rəhbəri Mark Zukerberq (253 mlrd. dollar) yer
alıblar.

