Danimarka ABŞ-nin “Patriot” sistemindən imtina edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Dövlət Departamenti əvvəlcə Danimarkaya hər biri üç
buraxılış qurğusundan ibarət iki “Patriot” batareyasını və əlaqəli
avadanlıqları 8,5 milyard dollara satmağa razılaşmışdı.

Trend xəbər verir
ki, sonradan qiymət 3,2 milyard dollara endirilsə də, müqavilə hələ
də imzalanmayıb.




“Defense Express” yazır ki, Danimarka ümumilikdə hava hücumundan
müdafiə təchizatına 8 milyard dollardan az vəsait ayırmağı
planlaşdırır. Lakin yüksək qiymət səbəbindən Kopenhagen sonda ABŞ
istehsalı olan “Patriot” sistemləri əvəzinə Avropanın SAMP/T NG
komplekslərini seçmək qərarına gəlib.

Məlumata görə, Danimarka ən azı dörd SAMP/T NG sistemi sifariş
etməyi planlaşdırır. Ümumilikdə isə ölkə 7,77 milyard avro sərmayə
yatıraraq, qısa və orta mənzilli komplekslər də daxil olmaqla, hava
hücumundan müdafiə sistemlərinin sayını 32-yə çatdırmağı nəzərdə
tutur.