
Bakı. Trend:
Paytaxt Londonda patrul xidmətində çalışan polis əməkdaşlarına
odlu silah verilməsini nəzərdən keçirəcək.
Trend “The Daily
Telegraph” qəzetinə istinadən xəbər verir ki, bu Böyük Britaniyanın
Böyükşəhər Polis Xidməti təhlükəsizlik auditinin nəticələrində qeyd
olunub.
Hazırda odlu silahlar yalnız xüsusi hallarda çağırılan
ixtisaslaşdırılmış bölmələrin əməkdaşlarına təhkim olunur. Onlardan
əsasən təhlükəsizlik tədbirlərində və ya təhlükəli heyvanların
zərərsizləşdirilməsində istifadə edilir.
Qeyd edilir ki, bu dəyişikliklər 2022-ci ildə baş verən insident
— 25 yaşlı gəncin bıçaqla polis əməkdaşına hücumu fonunda gündəmə
gəlib.