“Real Madrid” FİFA-ya hakimliklə bağlı rəsmi şikayət təqdim etməyə hazırlaşır

Baş səhifə

Bakı. Trend:

Madridin “Real” klubu İspaniya futbolunda hakimliklə bağlı
FİFA-ya rəsmi şikayət təqdim etməyi planlaşdırır.

Trend xəbər verir
ki, bu barədə klubun rəsmi informasiya kanalı məlumat yayıb.




Müraciətdə həm ötən mövsüm, həm də cari mövsümdə baş verən
hadisələr ətraflı şəkildə qeyd olunacaq.

Xəbər, La Liqanın 4-cü turunda baş tutan “Real” – “Real
Sosyedad” (2:1) oyunundan sonra ortaya çıxıb. Görüşdə “Kral
klubu”nun müdafiəçisi Din Hojsen 32-ci dəqiqədə birbaşa qırmızı
vərəqə ilə meydandan qovulub ki, bu da klub rəhbərliyinin ciddi
narazılığına səbəb olub

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir