
Bakı. Trend:
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları
yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinin
yaxınlığında sıxlıq və tıxacların yaranmaması üçün tədbirlər
görürlər.
Trend xəbər verir
ki, bu məqsədlə səhər saatlarından etibarən paytaxtın bir sıra küçə
və prospektlərində svetoforlara “yaşıl dalğa” rejimi tətbiq
olunur.
Eyni zamanda, nəqliyyat axınında sıxlığa səbəb olan halların
aradan qaldırılması üçün NİİM əməkdaşları yol polisi ilə mütəmadi
əlaqə saxlayırlar.