
Bakı. Trend:
Çinli tədqiqatçılar orqanizmin qocalma prosesini ləngidə bilən
eksperimental inyeksiyanı uğurla sınaqdan keçiriblər.
Trend xəbər verir
ki, işin nəticələri “Cell” jurnalında dərc olunub.
Yeni dərman immunitet sistemini aktivləşdirərək toxumalarda
toplanan və fəaliyyətini pozan qocalmış hüceyrələri məhv etməyi
hədəfləyir. Tədqiqat zamanı genetik modifikasiya edilmiş kök
hüceyrələrin tətbiqi açıq cavanlaşdırıcı təsir göstərib.
12 həftəlik testlərdə beyin fəaliyyəti, yaddaş, əzələ toxuması,
reproduktiv funksiya və daxili orqanlarda irəliləyişlər müşahidə
olunub. Xarici əlamətlər də qeydə alınıb – dərinin və saçların
bərpası qeyd edilib. Alimlər bu effekti təxminən 7 illik “cavanlaşmaya” bərabər tuturlar.
Tədqiqatçılar bildirirlər ki, iş hələ erkən mərhələdədir və
yanaşmanın effektivliyi ilə təhlükəsizliyini təsdiqləmək üçün daha
geniş klinik sınaqlara ehtiyac var.