Cənubi Koreya, ABŞ və Yaponiya hərbi təlimlərinə start veriblər

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreya, ABŞ və Yaponiya bu gün “Freedom Edge” (Azadlıq
Sərhədi) adlı hərbi təlimlərə başlayıb.

Trend “Yonhap”a
istinadla xəbər verir ki, manevrlərin məqsədi üç ölkə arasında
dəniz, hava və kiberməkan sahələrində birgə əməliyyat imkanlarını
gücləndirmək, qarşılıqlı fəaliyyəti artırmaq və sabit üçtərəfli
əməkdaşlığı təmin etməkdir.




Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri bildirib ki,
təlimlər Şimali Koreyadan gələn nüvə və raket təhdidlərinə cavab
xarakteri daşıyır və regionda sülh və sabitliyə töhfə verəcək.

Plana əsasən, təlimlər dörd gün davam edəcək və Cənubi Koreyanın
Çedjudo adasının şərqində və cənubunda yerləşən beynəlxalq sularda
keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir