Prezident İlham Əliyev Xocalının Daşbulaq kəndində tut bağında görülmüş işlərlə tanış olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
15-də Xocalı rayonunun Daşbulaq kəndində 13 hektar sahədə salınmış
tut bağında olub.

Trend xəbər verir ki, dövlətimizin başçısına görülmüş işlər
barədə məlumat verildi.

Bildirildi ki, burada Çin Xalq Respublikasından idxal olunmuş
130 min ting əkilib. Tut bağında damcılı suvarma sistemi
yaradılıb.

Qeyd olunub ki, 2026-cı ildə 100 ton, 2030-cu ildə isə 500 ton
tut yarpağının istehsalı planlaşdırılır. Proqnozlaşdırılan barama
istehsalı gələn ildən başlayaraq 5 il ərzində 60 tondur. Bu ilin
oktyabr-noyabr aylarında əlavə 150 hektar sahədə damcılı suvarma
sisteminin tətbiqi və təxminən 1,5 milyon tut tinginin əkilməsi,
klaster modeli əsasında tut bağının salınması, ətrafda kümxanaların
qurulması, ipəkqurdunun bəslənməsi, yaş barama istehsalı, həmçinin
məhsulun emal prosesinin həyata keçirilməsi nəzərdə tutulur. Burada
25 nəfər daimi işlə təmin olunub. Mövsümi işlərə isə 750 nəfər cəlb
ediləcək.