Bu il 70 min müəllimin maaşı artırılıb – Nazir müavini

Baş səhifə

Bakı. Trend:

Gənclərimizə baxdıqda hamı mənimlə razılaşar ki, onlar xoşbəxt
vətəndə böyüyürlər və gələcəyi bizim əlimizdədir, məktəbin
əllərindədir.

Trend xəbər
verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli 151
nömrəli tam orta məktəbdə keçirilən “Bilik Günü” tədbirində
deyib.

“Bu il birinci sinfə qədəm qoyacaq şagirdlərimizin Konstitusiya
və Suverenlik ilində məktəbə başlamaları xüsusilə qürurvericidir.
Bu, onların taleyinin ən gözəl başlanğıcıdır. Çünki onlar öz
həyatlarını, öz talelərini, cəmiyyətlərini, ölkələrini öz əlləri
ilə quracaqlar, yaradacaqlar, yaşadacaqlar”, – deyə nazir müavini
qeyd edib.




O bildirib ki, bu il 70 min müəllimin əməkhaqqı artırılıb:

“İldən-ilə məktəblərimizin nəticələrinin, uğurlarının artdığını
görürük.

151 nömrəli məktəb nəticələrinə görə, Nəsimi rayonu üzrə 4-cü
yerdədir. Bu nailiyyət burada çalışan müəllimlərin, kollektivin
zəhmətinin nəticəsidir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir