
Bakı. Trend:
Azərbaycanda qeyri-sabit hava şəraiti səbəbindən limanlarda
gəmilərin giriş-çıxışına tətbiq edilən məhdudiyyətlər aradan
qaldırılıb.
Bu barədə Trend-ə Dövlət Dəniz və Liman Agentliyinin (DDLA)
mətbuat katibi Pərvanə İmanova məlumat verib.
Qeyd edək ki, ölkə ərazisində davam edən qeyri-sabit hava
şəraiti ilə əlaqədar ötən gün limanlara giriş və çıxış
bağlanmışdı.
Bir neçə gündür, ölkə ərazisində dəyişkən hava müşahidə edilir.
Hava proqnozuna əsasən, bu gün Bakıda və Abşeron yarımadasında hava
şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Lakin 14-dən 15-nə keçən gecə bəzi
yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal
olunur. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz
olunacaq.
Havanın temperaturu gecə 16-18° isti, gündüz 22-25° isti olacaq.
Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa
enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

