PAŞA Kapital “BirKart BOKT” MMC-nin 2 milyon manatlıq istiqraz emissiyasını uğurla həyata keçirdi (FOTO)

Baş səhifə

13 ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimi yerli
kapital bazarlarının etibarlı və lider investisiya şirkəti olaraq
fəaliyyətini uğurla davam etdirən PAŞA Kapital
anderrayter kimi çıxış etdiyi daha bir emissiyanı uğurla
tamamlayıb.

BirKart BOKT tərəfindən buraxılan, hər birinin
nominal dəyəri 100 AZN, ümumi məbləği isə 2 000 000
AZN
həcmində faizli, təmin edilməmiş, sənədsiz, adlı
istiqrazların yerləşdirilməsi 11 sentyabr 2025-ci
il
tarixində başa çatmışdır.

Bakı Fond Birjasının ticarət platformasında həyata keçirilmiş
yerləşdirmədə istiqrazlara ən çox maraq fiziki şəxslər tərəfindən
göstərilib. Belə ki, ümumilikdə 62 sifariş daxil
olmuş, onların 60-ı fiziki, 2-si isə
hüquqi şəxslər
tərəfindən təqdim edilmişdir. Sifarişlərin
ümumi məbləği istiqraz buraxılışının həcminə, 2 000 000
AZN
-ə bərabər olmuşdur.

Yerləşdirilən sifarişlərin həcm bölgüsünə əsasən:




  • Fiziki şəxslər: Sifarişlərin ümumi həcmi – 1 318 000
    AZN; 65,09%
  • Hüquqi şəxslər: Sifarişlərin ümumi həcmi – 682 000
    AZN; 34,1%

İstiqrazları abunə yazılışı dövründə əldə edə bilməyən şəxslər
təkrar bazarda iştirak edərək istiqraz sahibi ola bilər.
BirKart BOKT faiz (kupon) ödənişləri 11
sentyabr 2025-cü il
tarixindən hesablanmağa başlanılıb və
ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30
(otuz)
təqvim günündən bir ödənilir

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri
haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya
və ya https://www.pashacapital.az/
saytına daxil ola bilərsiniz.