
Hadrut. Trend:
Hadrutda məscidin minarəsinin hündürlüyü 25 metrə yaxındır.
Burada eyni vaxtda 210 nəfərin ibadət etməsi mümkün olacaq.
Trend-in Qarabağ bürosu xəbər verir ki, birinci
mərtəbə kişilərin, ikinci mərtəbə isə qadınların ibadət etməsi üçün
nəzərdə tutulub.
Məscidin fasadında milli ornamentlərə uyğun xüsusi bəzək
elementlərindən istifadə olunub. Torpaqlarımızın işğaldan azad
edilməsindən sonra Azərbaycan dövləti tərəfindən həmin
ərazilərimizdə Ermənistan tərəfindən dağıdılmış dini-tarixi
abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni
məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür.
Qeyd edək ki, məscidin təməlini 2021-ci ilin oktyabr ayında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qoyub.

