
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 2401,8 milyon manat dəyərində xidmət göstərib.
Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,3% çoxdur.
Dövr ərzində göstərilən xidmətlərin 73,7%-i əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 34,4%-i və ya 825,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.