
Xankəndi. Trend:
15 sentyabr Bilik Günü münasibətilə Xankəndi şəhəri Nizami
Gəncəvi adına 4 nömrəli orta məktəbdə, Xocalı şəhər 1 nömrəli orta
məktəbdə, Ballıca kənd orta məktəbində, eləcə də Ağdərə rayonunun
Həsənriz, Vəngli, Suqovuşan və Talış kənd orta məktəblərində tədbir
keçirilib. Tədbirdə Qarabağ bölgəsində təhsilin inkişafına
göstərilən dövlət qayğısı yüksək qiymətləndirilib, müəllim və
şagirdlərə yeni dərs ilində uğurlar arzulanıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən
xəbərə görə, bu il Xankəndi şəhər 4 nömrəli orta məktəbin birinci
sinfinə 98 şagird qəbul olunub.
Ümumilikdə məktəbdə 1035 şagird təhsil alır və onların
təlim-tərbiyəsi ilə 35 nəfərlik pedaqoji kollektiv məşğul olur.
Xocalı şəhər 1 nömrəli orta məktəbdə bu il birinci sinfə 14 şagird
qədəm qoyub. Ümumilikdə məktəbdə 116 şagird təhsil alır. Xocalının
Ballıca kənd orta məktəbində isə bu il 7 şagird birinci sinfə qəbul
olunub.Məktəbdə ümumilikdə 168 şagird təhsil alır. Ağdərə rayonunun
kənd məktəblərində də yeni dərs ili sevinclə qarşılanıb. Həsənriz
kənd orta məktəbində 3, Vəngli kənd məktəbində 2, Suqovuşan kənd
orta məktəbində 8, Talış kənd orta məktəbində isə 4 şagird birinci
sinfə qəbul olunub.Hazırda Həsənriz kənd orta məktəbində 54, Vəngli
kənd məktəbində 41, Suqovuşan kənd orta məktəbində 90, Talış kənd
orta məktəbində isə 36 şagird təhsil alır.