AZAL turizm gününə özəl endirim kampaniyası elan edir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı AZAL turizm gününə həsr
olunmuş yeni endirim kampaniyasına start verir. Kampaniya
çərçivəsində sərnişinlər AZAL-ın bütün beynəlxalq istiqamətlərinə
aviabiletləri 35%-dək endirimlə əldə edə bilərlər.

Trend
xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat
xidməti məlumat yayıb.

Bildirilib ki, təklifdən yararlanmaq üçün biletləri 15 – 30
sentyabr 2025-ci il tarixlərində əldə edilməlidir. Endirim 1 – 31
oktyabr 2025-ci il tarixlərində həyata keçiriləcək uçuşlarda
35%-dək, 1 noyabr 2025 – 17 mart 2026-cı il tarixlərində isə
25%-dək tətbiq olunur.




Kampaniya AZAL-ın müntəzəm beynəlxalq reyslərində Ekonom,
Premium Ekonom və Biznes sinif bilet tariflərinə şamil edilir,
lakin vergi və yığımlara aid deyil. Kampaniya kodşerinq, çarter və
ölkədaxili reyslərə şamil edilmir. Qeyd edək ki, endirimli
biletlərin sayı məhduddur və yüksək tələbat dövrü istisna
olunur.

Sərnişinlər bu kampaniya çərçivəsində Avropa, Asiya və Yaxın
Şərq regionlarını əhatə edən çoxsaylı beynəlxalq istiqamətlərə daha
sərfəli şərtlərlə səyahət etmək imkanı qazanırlar. AZAL bütün
sərnişinlərini bu fürsətdən yararlanaraq payız və qış mövsümünü
unudulmaz səyahətlərlə keçirməyə dəvət edir.

Aviabiletləri rəsmi saytdan,
aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və
akkreditə olunmuş agentliklərdən əldə etmək olar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir