Prezident İlham Əliyev milli bayram münasibətilə nikaraqualı həmkarını təbrik edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nikaraqua
Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə
Prezident Daniel Orteqa Saavedraya təbrik məktubu ünvanlayıb.


Trend
xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri,

15 Sentyabr – Müstəqillik Günü münasibətilə Sizə və Sizin
simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən
səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan-Nikaraqua əlaqələrinin inkişafına böyük əhəmiyyət
veririk. İnanıram ki, ölkələrimiz arasında münasibətlərin
genişləndirilməsi, həm ikitərəfli qaydada, həm də beynəlxalq
təsisatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün bundan
sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə müvəffəqiyyətlər, dost Nikaraqua xalqına daim
əmin-amanlıq və rifah arzulayıram.”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir