
Bakı. Trend:
Ölkəmizdə təhsilin inkişafı və məktəbli uşaqların elmə
həvəsləndirilməsi üçün daim əməli addımlar atan “Avrora Qrup”, bu
il də ənənəsini davam etdirərək “Böyük Dayaq” İctimai Birliyi ilə
birgə sosial layihəsini uğurla həyata keçirib.
Layihə çərçivəsində Qəbələ rayonunun ucqar kəndlərində yaşayan
aztəminatlı, şəhid və qazi ailələrinin övladları məktəbli forması,
çanta, ayaqqabı və dərs ləvazimatları ilə təmin olunub. Layihə
Daşca, Zarağan, Xırxatala, Bayramkoxalı, Böyük Əmili və Mamaylı
kəndlərinin şagirdlərini əhatə edib.
Bundan əlavə, Avrora Qrup “Böyük Dayaq” İctimai Birliyi ilə
birlikdə kənd məktəblərində şagirdlərin valideynləri üçün
maarifləndirici təlim həyata keçirib. “Qız uşaqları təhsildən
yayınmasın” mövzusunda keçirilən 3 mərhələli maarifləndirici təlim
proqramı uğurla başa çatıb və iştirakçılar tərəfindən böyük maraqla
qarşılanıb.
“Avrora Qrup” 2025-ci il üçün “Korporativ Sosial Məsuliyyət
Proqramı”nda uşaqlara xüsusi yer ayırıb. İl boyu keçirilən sosial
layihələrin əsas məqsədi uşaqların üzündə təbəssüm yaratmaq,
onların yanında olmaq və müxtəlif istiqamətlərdə dəstək
göstərməkdir.
Uşaqlar bizim gələcəyimizdir və onların təbəssümü bizim üçün ən
böyük dəyərdir.
Video link: https://www.youtube.com/watch?v=h6fGv1qnR44