
Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi Bakının işğaldan azad
olunmasının 107-ci ildönümü ilə bağlı bəyanat yayıb.
Trend
xəbər verir ki, nazirlik bu barədə özünün “X” hesabında paylaşım
edib.
“1918-ci ilin bu günü, Azərbaycan Korpusununun da daxil olduğu
Qafqaz İslam Ordusu Bakıya daxil oldu və Erməni-Daşnak işğalına son
qoydu. Paytaxtın azad edilməsi Azərbaycan dövlətçiliyi uğrunda
mübarizədə dönüş nöqtəsi idi və xalqımızın, eləcə də
müttəfiqlərimizin birliyi, cəsarəti, və fədakarlığını nümayiş
etdirdi. 107 ildən sonra, millətimizin müstəqilliyi və azadlığı
üçün həyatlarını qurban verənlərin xatirəsini dərin minnətdarlıqda
yad edirik” bəyanatda qeyd olunur.

