Qara dəniz Ticarət və İnkişaf Bankı Azərbaycandakı tərəfdaşlarının siyahısını genişləndirmək üçün əlavə qurumlarla danışıqlar aparır – Serhat Köksal

Baş səhifə

Bakı. Trend:

Qara dəniz Ticarət və İnkişaf Bankı (BTSDB-ing.) Azərbaycandakı
tərəfdaşlarının siyahısını genişləndirmək üçün əlavə qurumlarla
danışıqlar aparır.

Bunu Trend
verdiyi özəl müsahibədə BTSDB prezidenti Serhat Köksal Bakı səfəri
çərçivəsində bildirib.

“Biz mövcud əməkdaşlığı gücləndirmək və iqtisadiyyatın
şaxələndirilməsi, inkişafına imkan verəcək yeni layihələr üçün
zəmin hazırlamaq istəyirik. Artıq “Rabitabank” və “TuranBank” ilə
aktiv proqramlarımız mövcuddur və biz Azərbaycan bankları ilə
ticarət, maliyyələşdirmə və KOS-un dəstəklənməsi üzrə yeni kredit
xətləri hazırlayırıq. Məmnuniyyətlə bildirirəm ki, cari səfərim
çərçivəsində iki yeni kredit sazişi imzaladıq: “AzerTurk Bank” ilə
8,5 milyon manat, Bank Respublika ilə 25 milyon manat məbləğində.
Azərbaycan KOS-larının maliyyələşdirilməsi üçün bu mexanizmlər
şirkətlərə sürətli çıxış, məşğulluğun dəstəklənməsi və
şaxələndirmənin təmin olunmasında sınaqdan çıxmış üsuldur”,-deyə
BTSDB prezidenti aydınlaşdırıb.




O, bankın hazırda “Rabitabank” və “TuranBank” ilə əməkdaşlıq
etdiyini, yaxın zamanda isə tərəfdaşlarının sayını “AzerTurk Bank”
və “Bank Respublik”a hesabına genişləndirdiyini diqqətə
çatdırıb.

“Biz tərəfdaş siyahısının daha da genişləndirilməsinə açığıq.
Yanaşmamız sadədir: bizim maliyyə dayanıqlılığı, uyğunluq və
idarəetmə standartlarımıza cavab verən istənilən bank tərəfdaşımız
ola bilər. Əlavə qurumlarla danışıqlar aparılmaqdadır”,- deyə
Köksal əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir