
Bakı. Trend:
Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının bolşevik-daşnak
işğalından azad edilməsinin 107-ci ildönümü münasibətilə
Azərbaycanı təbrik edib.
Trend xəbər
verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyinin sosial
şəbəkə hesabında paylaşım edilib.
Paylaşımda Nuri Paşanın komandanlığı altında Qafqaz İslam
Ordusunun göstərdiyi qəhrəmanlıq xüsusi vurğulanıb.
“Qafqaz İslam Ordusunun şəhid və qazilərinin xatirəsini dərin
ehtiramla yad edirik. Bu əlamətdar gündə Azərbaycandakı
qardaşlarımızı ürəkdən təbrik edirik. Biz 107 il əvvəl olduğu kimi
bu gün də Azərbaycanı dəstəkləmək, qardaş Azərbaycan türkləri ilə
vahid bir ürək, bir yumruq olmaq əzmindəyik”, – paylaşımında qeyd
edilib.