TANAP vasitəsilə Türkiyə və Avropa qaz tədarüklərinin həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

Transanadolu qaz kəməri (TANAP) kommersiya istismarına
başlanıldığından 2024-cü ilin sonunadək Türkiyəyə 30,8 milyard
kubmetr, Avropaya isə 42,74 milyard kubmetr təbii qaz nəql
edib.

Bu barədə Trend
TANAP-ın 2024-cü il üzrə dayanıqlı inkişaf hesabatına istinadən
məlumat verir.

Hesabata əsasən, yalnız 2024-cü ildə nəql olunan qazın həcmi
17,349 milyard kubmetr təşkil edib ki, bunun 5,6 milyard kubmetri
Türkiyəyə, 11,7 milyard kubmetri isə Avropaya yönləndirilib.

Qeyd edək ki, TANAP Azərbaycanın “Şahdəniz” yatağının ikinci
mərhələsi çərçivəsində hasil olunan qazı Gürcüstan–Türkiyə
sərhədindən Türkiyənin qərb sərhədinədək daşıyır. TANAP-ın ümumi
dəyəri yeddi milyard dollardan azdır.




Genişlənmə çərçivəsində illik ötürücülük gücünün 24 milyard
kubmetrə çatdırılması üçün bir neçə əlavə kompressor stansiyasının
quraşdırılması tələb olunur. Ümumilikdə ötürücülük qabiliyyətinin
31 milyard kubmetrə qaldırılması üçün yeddi kompressor stansiyasına
ehtiyac olacaq.

Hazırda Transanadolu qaz kəməri ilə hidrogen qarışığının nəqli
imkanları araşdırılır. Texniki baxımdan TANAP vasitəsilə nəql
edilən təbii qazın tərkibində hidrogenin payı 2 faiz səviyyəsində
ola bilər.

TANAP sisteminin nəzərdə tutulan istismar müddəti 2062-ci ilə
qədər davam edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir