
Bakı. Trend:
“Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları” təsdiq
edilib.
Trend-in
məlumatına görə, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin sədri Anar Quliyev müvafiq qərar imzalayıb.
Qərarda terror aktları ilə mübarizəyə dair layihə həlləri də öz
əksini tapıb.
Belə ki, terror aktları ilə mübarizəyə dair layihə
həllərində aşağıdakı müddəalar əks olunmalıdır:
- obyektin antiterror mühafizəsinin vəziyyətinə əhəmiyyətli təsir
göstərən xüsusiyyətləri, o cümlədən: eyni vaxtda 50 və daha çox
insanın olması mümkün olan yerləşgələrin siyahısı; eyni vaxtda 50
və daha çox insanın yerləşgələrə tərəf hərəkəti mümkün olan piyada
yolları; eyni vaxtda 50 və daha çox insanın toplaşması mümkün olan
yerləşgələrə aparan liftlər və pilləkənlər də daxil olmaqla şaquli
nəqliyyat kommunikasiyaları; - binaya giriş qruplarında və obyektin ərazisinin giriş
zonalarında partlayıcı qurğuların, silahların, döyüş sursatlarının
və terror aktlarının törədilməsinin digər vasitələrinin aşkar
edilməsi üçün texniki vasitələrlə təchiz edilməsi üzrə texniki
həllər; - insanların və avtomobil nəqliyyatının obyektin ərazisinə və
ayrılmış zonalarına buraxılması alqoritmlərinin müəyyən
edilməsi; - terror aktlarına qarşı mübarizə üzrə texniki vasitələrinin
təsviri, onların təyinatı və əsas texniki xüsusiyyətləri.