
Bakı. Trend:
Ötən ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə faktiki
kapital (əsaslı vəsait) qoyuluşları 1,989 milyard manat təşkil
edib.
Bu barədə Trend Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)
2024-cü ilin hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 12,1%
çoxdur.
Eyni zamanda SOCAR üzrə faktiki kapital (əsaslı vəsait)
qoyuluşları qazma üzrə 206,883 milyon manat (2,4% çox), tikinti
üzrə 1,531 milyard manat (14,5% çox), quraşdırılması tələb
olunmayan avadanlıqlar üzrə 95,265 milyon manat (35,1% çox),
geoloji axtarış işləri üzrə 142,480 min manat (4,3% az) olub.
2024-cü ildə SOCAR üzrə əsas fondların təhvili 2,482 milyard
manat olub, bu da 2023-cü il ilə müqayisədə 1,487 milyon manat
çoxdur.
Qazma üzrə əsas fondların təhvili 123,338 milyon manat olub ki,
bu da 2023-cü il ilə müqayisədə 117,640 milyon manat azdır. Tikinti
üzrə əsas fondlar 2,109 milyard manat təhvil verilib ki, bu da
2023-cü il ilə müqayisədə 1,589 milyon manat çoxdur.
SOCAR üzrə 2024-cü ildə 195,654 milyon manat dəyərində əsaslı
təmir işləri yerinə yetirilib.

