Nəqliyyat və anbar təsərrüfatına yatırımlar 20%-dən çox azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala
yönəldilmiş investisiyalardan nəqliyyat və anbar təsərrüfatına 2,6
milyard manat sərf olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.




Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəki
göstərici ilə müqayisədə 20,3% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə
mənbələrindən əsas kapitala 11,374 milyard manat və ya 2024-cü ilin
müvafiq dövrü ilə müqayisədə 0,2 faiz az investisiya yönəldilib.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 16,6 faiz
azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi
isə 8 faiz artıb. Ümumi sərmayənin 5,800 milyard manatı və ya 51
faizi məhsul istehsalı sahələrinin, 3,820 milyard manatı (33,6
faizi) xidmət sahələrinin, 1,754 milyard manatı (15,4 faizi) isə
yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 52,3
faizi dövlət, 47,7 faizi qeyridövlət sektorunun sərmayədarları
tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 79 faizi tikinti-quraşdırma
işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş
investisiyanın dəyəri ümumi sərmayənin 77 faizini təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir