Qardabani Təhsil və İnteqrasiya Mərkəzində gənclər üçün yay təlimləri keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində yay ayları ərzində
şagird və gənclərin biliklərinin artırılması, dünyagörüşlərinin
genişləndirilməsi, eləcə də sosial fəallıqlarının dəstəklənməsi
məqsədilə bir sıra maarifləndirici təlimlər keçirilib.

Trend
xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat
yayıb.

Bildirilib ki, ilk təlimi mərkəzin direktoru və təlimçi Çiçək
Hüseynova “Gender bərabərliyi və erkən nikah” mövzusunda
aparıb.

Gənclərə erkən nikahın mənfi nəticələri, təhsildən kənarda
qalmaq, sosial inkişafın məhdudlaşması, insan hüquqlarının
pozulması kimi mövzular barədə ətraflı məlumat verilib.




Növbəti təlimi Gürcüstan Azərbaycanları İnteqrasiya Mərkəzinin
təlimçisi Anar Mustafayev “Süni intellekt və onun əhəmiyyəti”
mövzusunda keçib. Təlim iştirakçıları süni intellektin mahiyyəti,
gündəlik həyatda istifadəsi, təhsildə və gələcək peşələrdə rolu
barədə geniş bilgilər əldə edib, mövzu ətrafında müzakirələr
aparıblar.

“İngilis dilini daha asan öyrənməyin yolları” mövzusunda təşkil
olunan təlimdə isə xarici dil öyrənmənin effektiv üsulları, yadda
saxlama texnikaları və gündəlik praktik məşqlərin əhəmiyyəti barədə
faydalı məqamlar təqdim olunub.

Təlimlərin sonunda iştirakçılar öz təəssüratlarını bölüşüb,
qazandıqları bilik və bacarıqları gələcəkdə necə tətbiq edəcəkləri
barədə fikir mübadiləsi aparıblar.

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində həyata keçirilən bu
təşəbbüslər gənclərin fərdi inkişafına dəstək verməklə yanaşı,
onların həm peşəkar, həm də şəxsi həyatlarında uğur qazanmasına
töhfə verməyi hədəfləyir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir