Azərbaycanın qaz ixracından gəlirləri 10% artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-avqust aylarında Azərbaycandan 16,453 milyard
kubmetr qaz halında təbii qaz ixrac edilib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda qaz ixracından əldə olunan gəlir
5,997 milyard ABŞ dolları olub.




Qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə
625,942 milyon kubmetr və ya 3,9%, dəyər ifadəsi ilə 541,185 milyon
ABŞ dolları, yaxud da 10% artıb.

Qaz ixracı 2025-ci ilin ilk səkkiz ayının ixracına nisbətən
35,14% təşkil edib.