Azərbaycana gətirilən elektromobillərin sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 1 412
ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat
vasitələri (elektromobil) gətirilib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri
44,289 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi
ilə 559 ədəd və ya 28,4%, dəyər ifadəsi ilə isə 34,194 milyon ABŞ
dolları və ya 43,6% azdır.




Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycana 74 481
ədəd avtomobil idxal edilib. Bu sayda avtomobilin idxalına çəkilən
xərcin həcmi 1,382 milyard ABŞ dolları olub.

Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar
ifadəsi ilə 15 542 ədəd və ya 26,4%, dəyər ifadəsi ilə 270,480
milyon ABŞ dolları, yaxud da 24,3% artıb.

Dövr ərzində ölkəyə 43,238 milyon ABŞ dolları dəyərində 478 ədəd
sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün
nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 1,243 milyard ABŞ
dolları dəyərində 68 295 ədəd əsasən adam daşımaq üçün nəzərdə
tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat
vasitələri idxal edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir