
Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan İran İslam
Respublikasına təqribən 20,9 milyon kVt/saat həcmində elektrik
enerjisi ixrac edilib.
Trend-in
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu
miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən
594 min ABŞ dolları olub.
İrana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə həcm ifadəsi ilə 283 min kVt/saat və ya 1,4%, dəyər
ifadəsi ilə 8 min ABŞ dolları, yaxud 1,4% artıb.
Eyni zamanda, 2025-ci ilin ilk yeddi ayı ərzində İrandan
Azərbaycana 537 min ABŞ dolları dəyərində, 18,9 milyon kVt/saat
həcmində elektrik enerjisi satılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 22 min ABŞ dolları və ya 3,9%, həcm ifadəsində isə 758
min kVt/saat və ya 3,8% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul ayları ərzində
Azərbaycandan ümumilikdə dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və
Türkiyəyə 41,6 milyon ABŞ dolları dəyərində, 737,5 milyon kVt/saat
həcmində elektrik enerjisi ixrac edilib.
Həmçinin, hesabat dövründə Rusiya, Gürcüstan və İrandan
Azərbaycana 3,7 milyon ABŞ dolları dəyərində 91,7 milyon kVt/saat
elektrik enerjisi idxal edilib.

