Mərkəzi Bank İƏİT-nin Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə üzv oldu

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) sosial inkişafı və maliyyə
inklüzivliyinin genişləndirilməsini dəstəkləmək məqsədilə maliyyə
savadlılığının artırılması istiqamətində beynəlxalq əməkdaşlıq
əlaqələrinin genişləndirilməsini davam etdirir. Bu çərçivədə
növbəti təşəbbüs Mərkəzi Bankın İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə (İƏİTBMSŞ)
tamhüquqlu üzv qismində qoşulması olub.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Bildirilib ki, bu üzvlük çərçivəsində Mərkəzi Bank şəbəkənin
“Maliyyə savadlılığı standartları: tətbiqi və qiymətləndirilməsi”,
“Rəqəmsal maliyyə savadlılığı” və “Maliyyə savadlılığı və davamlı
maliyyə” üzrə işçi qruplarında iştirak etmək, beynəlxalq səviyyədə
hazırlanan siyasət sənədlərinin işlənməsi prosesinə birbaşa cəlb
olunmaq, həmçinin mövcud siyasət sənədləri bazasına çıxış əldə
etmək hüququ qazanıb. Bununla da, Mərkəzi Bank qabaqcıl təcrübələr
və yanaşmalarla mütəmadi tanış olmaq imkanından yararlanacaq.




Vurğulanıb ki, qeyd edilənlər Mərkəzi Banka maliyyə savadlılığı
proqramlarını beynəlxalq standartlara uyğun şəkildə tətbiq etməyə,
məlumat əlçatanlığının təmin olunmasına və ümumilikdə maliyyə
inklüzivliyinin genişləndirilməsinə töhfə verəcək.

Qeyd edək ki, İƏİTBMSŞ dünyada maliyyə təhsili məsələləri üzrə
tənzimləyicilər və digər iştirakçılar arasında əməkdaşlığı təşviq
edən bir platformadır. Bu şəbəkə tərəfindən beynəlxalq səviyyədə
müqayisə edilə bilən məlumatlar toplanır, siyasət təhlili aparılır
və siyasət alətləri hazırlanır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir