İstilik mövsümü tez başlaya bilər? –

Baş səhifə

Havaların tez soyuması əhali arasında mənzillərə istiliyin vaxtından əvvəl verilib-verilməyəcəyi ilə bağlı suallar yaradıb.

“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, istilik mövsümünün başlanma və bitmə vaxtı müvafiq qaydalarda əksini tapıb.

Onun sözlərinə görə, hələ mövsümün başlanmasına iki ay qalır və bu məsələ gündəmdə deyil.

Qeyd edək ki, mənzillərdə istilik sistemi hər il 15 noyabrda işə salınır.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir