Türkiyənin Baş Qərargah rəisinin Bakı səfəri nə vəd edir?

Baş səhifə

Xəbər verdiyimiz kimi, sentyabrın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin dəvəti ilə ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Metbuat.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, görüş iki qardaş ölkə arasında mövcud strateji tərəfdaşlığın hərbi sahədə yeni müzakirələr və perspektivlərlə zənginləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir:

Ədalət Verdiyevin məhkəməsi keçirildi

“Qardaş ölkələrin rəhbərləri arasında müzakirə olunacaq kifayət qədər məsələlər mövcuddur. Bunların sırasında hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi gözlənilir. İki ölkə arasında mövcud olan çoxsaylı ortaq dəyərlər isə qarşılıqlı dostluq münasibətlərini daha da yüksək səviyyəyə çıxarmaq üçün münbit şərait yaradır.

Səfərin məhz 15 sentyabr – Osmanlı qoşunlarının Bakını daşnak-bolşevik dəstələrindən xilas etdiyi günə təsadüf etməsi xüsusi tarixi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, regionda və sərhədlərimizdən uzaq olmayan ərazilərdə baş verən münaqişə və müharibələr fonunda hər iki tərəf üçün maraqlı olan məsələlərin müzakirəsi vacibdir”.

Ədalət Verdiyev vurğulayıb ki, hazırda Türkiyə və Azərbaycan arasında regional təhlükəsizlik məsələsi də təbii olaraq tərəflərin müzakirə edəcəyi əsas mövzulardan biridir:

“Şuşa Bəyannaməsindən irəli gələrək hər iki qardaş ölkə bütün məsələləri birgə müzakirə etmək və ortaq qərarlar qəbul etmək barədə razılığa gəlib. Bu sənəddən irəli gələn proseslər və müzakirələr gələcəkdə də davam etdiriləcək. Böyük ehtimalla, gələn il üçün iki qardaş ölkə arasında keçiriləcək ikitərəfli və çoxtərəfli birgə hərbi təlimlərlə bağlı da geniş müzakirələr aparılacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir