
Bakı. Trend:
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi
ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz
odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc
yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa
rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda
silah-sursat aşkar edilərək götürülmüşdür.
Göstərilən istiqamətdə DTX-nin əməliyyat-axtarış tədbirləri
davam etdirilir.
Xəbər yenilənəcək