
Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma
xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər
çərçivəsində Bakı-Zaqatala, Bakı-Balakən, Bakı-Qax, Bakı-Şəki,
Bakı-Qəbələ, Bakı-Göyçay, Bakı-İmişli, Bakı-Cəlilabad,
Mingəçevir-Qazax, Mingəçevir-Tərtər, Şəki-Mingəçevir,
Bərdə-İsmayıllı, Gəncə-Qazax və əks istiqamətə,
Bakı-Xankəndi-Laçın, Bakı-Ağdam, Sumqayıt-Laçın, Beyləqan-Xankəndi,
Ağcabədi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi),
Bakı-Qubadlı, Aşağı Ağasıbəyli (Samux) – Gəncə (Dəmiryolu vağzalı),
Alıuşağı (Samux) – Gəncə (Dəmiryolu vağzalı), Burunqovaq (Samux) –
Gəncə (Dəmiryolu vağzalı), Düzqışlaq (Şəmkir stansiyası) – Gəncə
(avtovağzal), Qaraarx (Samux) – Gəncə (Dəmiryolu vağzalı), eləcə də
paytaxtın 146, 182 və 206 nömrəli şəhərətrafı avtobus marşrutlarını
müsabiqəyə çıxarır.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən
xəbər verir.
Bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı
ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına
dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil
edilir.
“Sənədlər 14 oktyabr 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5;
əlaqələndirici şəxs: Anar Məmmədov – tel.: 050-444-10-75, e-poçt:
[email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat
nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Zaqatala,
Bakı-Balakən, Bakı-Qax, Bakı-Şəki, Bakı-Qəbələ, Bakı-Göyçay,
Bakı-İmişli, Bakı-Cəlilabad istiqamətlərində 10 lot üzrə oktyabrın
21-də;
Bakı-Cəlilabad, Mingəçevir-Qazax, Mingəçevir-Tərtər,
Şəki-Mingəçevir, Bərdə-İsmayıllı, Gəncə-Qazax və Qazax-Gəncə
istiqamətlərində 10 lot üzrə oktyabrın 24-də;
Qazax-Gəncə, Bakı-Xankəndi-Laçın, Bakı-Ağdam, Sumqayıt-Laçın,
Beyləqan-Xankəndi, Ağcabədi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan
(Ağalı kəndi), Bakı-Qubadlı istiqamətlərində 9 lot üzrə oktyabrın
28-də;
Aşağı Ağasıbəyli (Samux) – Gəncə (Dəmiryolu vağzalı), Alıuşağı
(Samux) – Gəncə (Dəmiryolu vağzalı), Burunqovaq (Samux) – Gəncə
(Dəmiryolu vağzalı), Düzqışlaq (Şəmkir stansiyası) – Gəncə
(avtovağzal), Qaraarx (Samux) – Gəncə (Dəmiryolu vağzalı)
istiqamətlərində 5 lot üzrə oktyabrın 31-də;
paytaxtın 206 nömrəli (“Elmlər Akademiyası” metrostansiyası –
Lökbatan qəsəbəsi), 182 nömrəli (Binə qəsəbəsi – Mərdəkan qəsəbəsi)
və 146 nömrəli (Yeni Suraxanı qəsəbəsi – Şüvəlan qəsəbəsi)
şəhərətrafı avtobus marşrutları üzrə 3 lotda noyabrın 4-də
baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan
əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)
marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində
göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılmasıdır”, – qurumdan əlavə olunub.

