Kiyevdə çoxmərtəbəli binada partlayış baş verib, ölənlər və yaralanan var

Baş səhifə

Kiyevin Dneprovski rayonunda çoxmərtəbəli binalardan birinin mənzilində partlayış baş verib.

APA xəbər verir ki, bu barədə Kiyev polisi “Telegram”da məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, ilkin məlumatlara əsasən, mənzildə qumbara partlayıb.

“Partlayış nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb”, – polis əlavə edib.

Hadisə yerində Dneprovski rayon polis idarəsinin istintaq-operativ qrupu, partlayış mütəxəssisləri, kinoloqlar və digər xidmətlər işləyir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir