Ərdoğan Azərbaycanı TƏBRİK ETDİ

Baş səhifə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” paylaşımında bildirib.

O bildirib ki, Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad olunmasının ildönümünü ürəkdən təbrik edir:

“Qafqaz İslam Ordusunun komandanı Nuri Killigil Paşanın və bütün qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edir, qardaş Azərbaycan xalqına salam və sevgilərimi çatdırıram”.