Aİ ölkələri rusiyalı turistlərin ittifaq ərazisinə girişinin qadağan olunmasını tələb edir

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqına (Aİ) üzv bəzi ölkələr Rusiyaya qarşı
hazırlanan 19-cu sanksiyalar paketi çərçivəsində rusiyalı
turistlərin Aİ ərazisinə daxil olmasına tam qadağa qoyulmasını
təklif edirlər.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, şengen vizası ilə Aİ ərazisində olan Rusiya
diplomatlarının hərəkətlərinin məhdudlaşdırılması təşəbbüsü də
gündəmdədir.

Qeyd edək ki, ötən həftə Avropa diplomatiyasının rəhbəri Kaya
Kallas Rusiyaya qarşı növbəti – 19-cu sanksiyalar paketi üzərində
işlərin başa çatmaq üzrə olduğunu bəyan etmişdi.