Azərbaycan ilə Litva arasında antidopinq sahəsində əməkdaşlıq genişləndirilir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Vilnüs şəhərində Litva Antidopinq Agentliyinin (LTUNADO)
yaradılmasının 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans
keçirilib.

Trend xəbər verir ki,
tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA)
İcraçı direktoru Təhminə Tağı-zadə təmsil edib.

Konfransda antidopinq təşkilatlarının inkişafı və əməkdaşlıq
perspektivləri, Adizes metodologiyasına əsasən təşkilati
transformasiya, idman təşkilatlarının oyun sənayesi ilə əlaqəsi
mövzusunda müzakirələr aparılıb.




Konfrans çərçivəsində AMADA ilə LTUNADO arasında Anlaşma
Memorandumu imzalanıb. Memoranduma AMADA-nın İcraçı direktoru
Təhminə Tağı-zadə və LTUNADO-nun direktoru Ruta Banyte imza
atıblar.

Memorandum çərçivəsində hər iki agentlik antidopinq sahəsində
əməkdaşlığın dərinləşdirilməsini, elmi tədqiqatların və təhsil
təşəbbüslərinin gücləndirilməsini, həmçinin innovativ yanaşmaların
tətbiqini və praktiki bilik mübadiləsini təşviq edəcək. Əməkdaşlıq
nəticələrin emalı, testetmə, təhsil, təhqiqat, terapevtik
istifadəyə icazə və digər sahələri əhatə edəcək, Ümumdünya
Antidopinq Məcəlləsinə və Beynəlxalq Standartlara uyğun fəaliyyətin
daha da təkmilləşdirilməsinə töhfə verəcək.