“Kayrat” – “Real” matçının bilet satışına məhdudiyyət qoyulacaq

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 23-dən etibarən Qazaxıstanda “Kayrat” klubunun
Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Real”a qarşı
keçirəcəyi matçın biletləri satışa çıxarılacaq.

Trend xəbər verir
ki, bu barədə Qazaxıstanın futbol klubunun mətbuat xidməti məlumat
yayıb.

Məlumata görə, biletlərin satışı ilə bağlı müəyyən
məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, bir şəxsə ikidən artıq
bilet satılmayacaq.




Bilet almaq istəyən şəxslər pasport məlumatlarını və ya fərdi
identifikasiya nömrəsini təqdim etməli olacaqlar. Həmin məlumatlar
stadionun girişində yoxlanacaq.

Bundan əvvəl, Qazaxıstan polisi sözügedən matç üçün biletlərin
satışı zamanı dələduzluq hallarının artacağı riski ilə bağlı
xəbərdar etmişdi.

Qeyd edək ki, matç sentyabrın 30-da 23,8 min nəfər tutumu olan
Mərkəzi stadionda keçiriləcək.