
Bakı. Trend:
İl ərzində ali məktəbdə bir tələbənin həkim hazırlığına 8 min
manat vəsait xərclənir. Mühəndislik və digər ixtisaslarda isə bu
rəqəm 2500 – 3000 manat arasında dəyişir.
Trend xəbər verir ki, bunu
elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında
deyib. Nazir vurğulayıb ki, göstərilən rəqəmlər dövlət sifarişi
əsasında maliyyələşən ixtisaslara aiddir:
“Kadr hazırlığında ucuz və keyfiyyətli formul işləmir. Çox vaxt
insanlar düşünürlər ki, az vəsaitlə yüksəksəviyyəli mütəxəssis
yetişdirmək mümkündür. Bu, reallığa uyğun deyil. Azərbaycan –
Türkiyə Universiteti, Azərbaycan – İtaliya Universiteti, ADA
Universiteti kimi ali təhsil müəssisələrində xərclər daha
yüksəkdir”.