Ukrayna cəbhəsində “Starlink” çökdü

Baş səhifə

Ukrayna ordusu üçün əhəmiyyət kəsb edən “Starlink” peyk internet sisteminə giriş cəbhə xətti boyunca dayanıb.

Metbuat.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin komandanı Robert Brovdi “Starlink” bağlantısı ilə bağlı problem yaşadıqlarını açıqlayıb. O “Starlink” peyk internetinin bütün cəbhə xətti boyu kəsildiyini ifadə edib. “Downdetector” internet saytının məlumatına görə, “Starlink” peyk interneti ilə bağlı dünyada fasilələr qeydə alınıb. Kəsintilərlə bağlı şikayətlərin sayı 50 minə çatıb.

Qeyd edək ki, SpaceX şirkətinə məxsus “Starlink” bütün dünyada internetə çıxış təmin edir. Ukrayna ordusu bu sistemdən münaqişə zonalarında istifadə edir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir